Duz insan orqanizminin müxtəlif funksiyaları üçün vacibdir. Amma səhv qida rejimi və yanlış ərzaqlar orqanizmdə artıq duz yığılmasına səbəb olur.
Orqanizmdə duz çox olanda təzyiq yüksəlir, maye yığılır, bədən çəkisi artır, oynaqlar, onurğa ağrıyır.
Ona görə ildə 4-5 dəfə təbii və effektiv üsullarla artıq duzları bədəndən qovmaq prosesinə start vermək lazımdır.
Medicina.az duzu bədəndən xaric etmə üsullarını təqdim edir:
1.Çox duz istifadə edən adam çox da su içməlidir. Susuz orqanizmdə duz daha çox kirəclənir. Suyu gün ərzində bərabər bölərək az-az tez-tez içmək lazımdır. Bir dəfəyə çox su içmək natriy defisitinə səbəb olur. Günə 1,5 litr təmiz və ya distillə olunmuş su içmək yetərlidir.
2.Tərləmək – idman, qaçış və ya fiziki iş, hərəkətlə çoxlu tərləmək orqanizmdən duzu qovur. Bu zaman təmiz su içməyi də unutmayın. 30-40 dəqiqə tərləmək kifayətdir.
3. Təbii sidikqovucular – sparja, yaşıl tərəvəzlər, göyərti, çuğundur, soğan bədəndən duzu çıxarır. Qəhvə və çay da sidikqovucudur.
Xüsusi duz azaltma pəhrizi:
Orqanizmdə duzu normallaşdırmaq üçün 12-24 saat ərzində duzdan imtina etmək lazımdır. Sutkalıq dozanı azaltmaqla orqanizmdə yığılmış artıq duz ehtiyatı istifadə olunur. Sutkalıq norma 2300 mq-dır. Bundan artıq duz qəbul etmək olmaz.
Duzdan imtina zamanı su içmək lazımdır.
DİQQƏT: ürək xəstəliyi olanlar, böyrək çatışmazlığı və şəkər xəstələri duz pəhrizi və orqanizmdən duzu qovmaq kimi qərarları həkimi ilə məsləhətləşdikdən sonra verməlidir.