Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndə duz çatışmazlığı qorxuludur

  • 2021.10.14 13:43
  • 1351 Baxış
Bədəndə duz çatışmazlığı qorxuludur

İnsan bədənində kifayət qədər duz olmadığını göstərən əlamətlər hansılardır?

Medicina.az xəbər verir ki, qastroenteroloq və qidalanma mütəxəssisi Natalia Stukova bu barədə "Vechernyaya Moskva"ya danışıb.

Onun sözlərinə görə, orqanizmə hüceyrə səviyyəsində metabolik proseslərdə iştirak etdiyi üçün duz lazımdır. Duzda olan minerallar natriumun tərkibində olan elektrolit balansını təmin edir. Pəhrizdə duz olmaması fiziki xəstəliklərə və hətta bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.

"Vücudda duz çatışmazlığının əlamətləri baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma, ürək çatışmazlığı, qeyri-sabit hemodinamiya ola bilər", - deyə mütəxəssis bildirib.

N.Stukova Dünya Sağlamlıq Təşkilatının (ÜST) böyüklərə gündə 5 qram süfrə duzuna bərabər olan 2 qramdan çox natrium istehlak etmələrini tövsiyəsini bir daha atırladıb. /publika.az/