Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndə belə göyərmələr qaraciyərdə problemi göstərir

  • 2023.01.12 21:14
  • 3375 Baxış
Bədəndə belə göyərmələr qaraciyərdə      problemi göstərir

Bədəndə, dəridə səbəbsiz və müxtəlif göyərmələr, qançırlar qaraciyərin ciddi problemindən xəbər verə bilər.


“Medicina” xəbər verir ki, hepatoloq Alla Yujnova hazırda qaraciyərin piylənməsinin sirroza gətirib çıxaran birinci səbəb olduğunu deyib.

“Xəstədə iştahsızlıq, qarın və sağ qabırğa nahiyəsində ağrı, yorğunluq, zəiflik olur.

Yanaşı olaraq, müxtəlif vaxtlarda travma olmadan bədəndə göyərmələr, sarımtıl göyərmələr varsa, insan mütləq qaraciyərini yoxlatmalıdır.

Bu simptomlar gənclərdə, qadınlarda, yaşlılarda, içki içməyənlərdə belə ola bilər.

1-2-ci mərhələdə piylənmə heç bir siqnal vermir. Göyərmələr, qansızmalar varsa, bu artıq ağır formadır.
Bu zaman xəstədə dəri və göz bəbəyi saralır, dərisi qaşınır, sidiyi tündləşir.

Bu əlamətlərdən hətta biri sizdə varsa, qaraciyəri müalicə etmək, həyat tərzi, qidalanmanı dəyişmək və aktiv həyat keçirməkdir.

Piyada çox gəzmək, yağsız qidalanma, dərmanları az qəbul etmək, içkidən imtina, idman və bol maye qaraciyər piylənməsinin düşmənidir”.

Aygün Musayeva