İstəmədən başverən spazm və sıxılma ilə əzələlərin bərkiməsi bədəndə, əllərdə, ayaqlarda və boyunda titrəmələrə yol aça bilər. Bütün dünyada rast gəlinən amma səbəbi tam olaraq bilinməyən titrəmələr yaşam keyfiyyətinə də mənfi təsir edir. Yetişkin yaşlarda başlayan titrəmə problemi yaşlanma ilə birlikdə irəliləyir. Əlləri irəliyə uzatdıqda, stəkan tutduğumuzda, qaşıq və ya yazı yazarkən bu hal daha çox ortaya çıxır. Titrəmə ən çox əllərdə müşahidə edilir.Daha sonra baş, boyun, ayaqlar, səs telləri və bədəndə görülür.
Həyəcan və stress;
Yuxusuzluq;
Daha çox kofein istifadəsi;
Fiziki yotğunluq;
Qan şəkərinin düşməsi;
Tiroid funksiyasının pozulması;
Altda yatan önəmli xəstəliklər;
PARKİNSON xəstəliyi ilə qarşılaşdırıla bilər
Əsmək parkinson xəstəliyi ilə səhv salına bilər. Səbəbi bilinməyən titrəmə parkinsona görə 10 dəfə daha artıq rast gəlinir. Parkinson titrəməsi istirahət halında, əllər rahat tərzdə durarkən ortaya çıxar və hərəkətlə azalır.
Gündəlik aktivliyimizə mənfi təsir edir
Səbəbi bəlli olmayan əsmələr ömrümüzə qısaldıcı bir təsir göstərməz. Titrəmə zamanla arta da bilər. Nəticədə bəzi xəstələr yazı yazarkən, yemək yeyərkən və ya içərkən, utanma və bu bacarıqların itməsinə səbəb ola bilər. Az miqdarda olan titrəmə müalicə tələb etməz. Erkən müalicə də xəstəliyi durdurmaz və ya yavaşlatmaz.