Müəyyən bir bədən quruluşunuz varsa, alkoqolsuz yağlı qaraciyər xəstəliyinə daha çox meyllisiniz.
Belə ki, alma formalı bədən quruluşu insanın ciddi xəstəlikdən əziyyət çəkməsi ehtimalını yüksəldir.
“Medicina” xəbər verir ki, hepatoloq Alla Yujnovanın sözlərinə görə, bir sıra xəstəliklər piylənmə ilə əlaqədardır və alkoqolsuz qaraciyər yağlanması da onlardan biridir. Mədə nahiyəsində şişkinlik qaraciyər iltihabının açıq əlaməti ola bilər.
“Bununla belə, insanların əksəriyyətində ilk vaxtlarda alkoqolsuz yağlı qaraciyər xəstəliyinin heç bir simptomu olmur, onlar özlərini normal hiss edir.
Əgər sizə diaqnoz qoyulubsa, vəziyyətin irəliləmədiyinə əmin olmaq üçün dəyişikliklər etməlisiniz. Zamanla, iltihab orqanda çapıq yarada bilər və xəstəliyin sonrakı mərhələlərinə, sirroz və qaraciyər çatışmazlığına kimi gətirib çıxara bilər.
Qaraciyər piylənməsi diaqnozu qoyulmuş insanlara həkimlər arıqlamağı tövsiyə edə bilər. Sağlam arıqlamaq üçün meyvə və tərəvəzlərlə zəngin balanslaşdırılmış pəhriz və daha çox məşq lazımdır.
Çəki itirməyin faydaları çox genişdir və onu gözardı etmək olmaz”.
Aynurə Məmmədova