Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədbin olmaq insanı daha tez qocaldır - Siqaretdən də təhlükəlidir

  • 2022.10.17 10:19
  • 1862 Baxış
Bədbin olmaq insanı daha tez qocaldır -  Siqaretdən də təhlükəlidir
Yeni araşdırmaya görə, bədbəxt, bədbin, kədərli olmaq insanı daha erkən qocaldır.


Bakupost.az xəbər verir ki, mütəxəssislər bunula bağlı araşdırma aparıblar.

Bildirirlər ki, bu cür hiss etmək, hətta siqaretdən də təhlükəlidir.

Araşdırmaya görə, psixi problemləri olan insanlar fiziki problemi olanlara nisbətən daha tez qocalır.

Mütəxəssislər, 2021-ci ildə 2,3 milyon Yeni Zelandiyalı arasında onilliklər ərzində aparılmış təcrübələr psixi pozğunluqlar ilə fiziki xəstəliklərin başlanğıcı və ölüm arasında güclü əlaqə tapıb.

Beləliklə, tədqiqatçılar müxtəlif psixoloji sağlamlıq faktorlarını və qan biomarkerlərini ölçən yeni qocalma saatı yaratmaq üçün kompüter alqoritmi hazırladılar.

Mütəxəssislərin gəldiyi nəticəyə görə, bədbəxtlik bəzi insanlarda siqaretdən daha çox yaşlanma təsirinə malikdir.

Belə ki, bədbəxtlik və ya tənhalıq hissi kimi psixoloji faktorların insanın bioloji yaşını 1,65 il artırdığını aşkarlanıb.

Təkcə siqaretin isə insanın bioloji yaşına vurduğu zərər 1,25 il olub.

Buna görə psixi problemləri olan insanlar fiziki problemi olanlardan daha tez qocalır.