Heyvanlar üzərində aparılan təcrübələr mərcangilənin bəd xassəli şişləri, iltihabı, eləcə də təhlükəli hüceyrələri məhv etdiyini göstərib.
Bu meyvənin tərkibində infeksiyanı aradan qaldıran antibiotik ekstraktları var.
Mərcangilə əsasən qurudulmuş şəkildə istehlak edilir. Bunun səbəbi təzə mərcangilənin olduqca acı dadmasıdır. Qurudulmuş şəkildə istifadə edildikdə təkcə infeksiyalara deyil, mədə problemlərinə də çarə olur.
Tərkibində antibiotiklərdə istifadə edilən ekstraktlar olan mərcangilə sidik yolu infeksiyalarının müalicəsində və qarşısının alınmasında çox təsirlidir.
Bundan əlavə, bu meyvə mədə xəstəliklərini yüngülləşdirir və xoraları müalicə edir.
Mərcangilə şirəsi streptococus mutans bakteriyalarının yaratdığı diş çürüməsini azalda bilər. Bununla belə, qeyd etmək lazımdır ki, bu meyvənin şirəsi kifayət qədər turşdur.
Heyvanlar üzərində aparılan təcrübələr mərcangilənin ağciyər və limfa şişlərini azaltdığını, insultdan sonra beyin zədələnməsindən qoruduğunu aşkar edib.
Sağlamlığa inanılmaz faydaları olan mərcangilə buna baxmayaraq, bəzi insanlar üçün risk yarada bilər. Xüsusilə qan durulaşdırıcıları istifadə edənlərdə laxtalanma problemlərinə səbəb ola bilir. Həm də həddindən artıq istehlakda ishal və qarın ağrısına səbəb olur.
Aysel