Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

600 bal toplayan qızın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

  • 2019.02.08 12:17
  • 15935 Baxış
600 bal toplayan qızın ölümü ilə bağlı  RƏSMİ AÇIQLAMA

Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.

 

Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. 


Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. 


"Qeyd edək ki, Leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır.

 

İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. 


Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb", - deyə nazirliyin açıqlamasında qeyd olunub.

 

Qeyd edək ki, yanvarın 25-də Bakı Dövlət Universitetinin "Tarix” fakultəsin birinci kurs tələbəsi, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadənin Yanvarın 25-də  vəziyyəti  pisləşib və Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Lakin onun vəziyyəti ağırlaşdığı üçün sonradan Babək prospektində yerləşən "Bakı Medical Plaza”ya aparılıb. Həkimlərin səyinə baxmayaraq Nərdanənin həyatını xilas etmək mümkün olmayıb və o, yanvarın 29-da vəfat edib. Qızın anası İlhamə İgidova bildirib ki, həkimlər əvvəlcə N. Tağızadənin H1N1 virusuna, sonra isə heyvanlardan keçən leptospiroz virusuna yoluxduğunu bildiriblər Lakin ölüm kağızında rəsmi olaraq yazıblar ki, N. Tağızadənin dünyasını dəyişməsinə səbəb ağ ciyər və ürək çatışmazlığıdır. 


N. Tağızadə ali məktəbə qəbul imtahanında 600 bal toplayıb.
600 bal toplayan qızın ölümü ilə bağlı  RƏSMİ AÇIQLAMA