"Bakı Dövlət Universitetin yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb".
Medicina.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbənin zəhərlənməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: "Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açiqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar verildi. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".