Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

BDU-nun şöbə müdiri koronavirusdan vəfat etdi

  • 2021.12.22 12:44
  • 1796 Baxış
BDU-nun şöbə müdiri  koronavirusdan vəfat etdi
Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev bu gün səhər saatlarında vəfat edib.

Bu barədə Medicina.az -a universitetdən məlumat verilib. Bildirilib ki, 76 yaşlı müəllim COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, A. Xasayev 1992-2016-cı illərdə BDU-nun Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. 150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.