Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

BDU-nun daha 2 tələbəsinin halı pisləşdi- RƏSMİ

  • 2019.12.03 11:44
  • 3378 Baxış
BDU-nun daha 2 tələbəsinin halı pisləşdi - RƏSMİ
Səhiyyə Nazirliyi Bakı Dövlət Universitetinin yataqxanasında vəziyyəti pisləşən iki tələbənin durumu barədə məlumat yayıb.

Nazirlikdən Medicina.az-a bildirilib ki, bu barədə məlumat Təcili Yardıma saat 08:15-də daxil olub.

"Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı KTM-ə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir", - nazirlikdən bildirilib.