Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyük Britaniya qızılcaya qalib gələn ölkələr siyahısından çıxarıldı

  • 2019.08.20 16:58
  • 3501 Baxış
Böyük Britaniya qızılcaya qalib gələn ölkələr siyahısından çıxarıldı
Dünya Səhiyyə Təşkilatı Böyük Britaniyanı qızılcaya qalib gələn ölkələrin siyahısından çıxarıb. Medicina.az bu barədə "Euronews”a istinadla xəbər verir. Bu yoluxucu xəstəlikdən qorunmağa MMR vaksini kömək edir: iynənin biri uşağa bir yaşı tamam olanda, digəri isə məktəbə getməzdən əvvəl vurulur. Lakin britaniyalı uşaqların zəruri olan 95 faizə qarşı yalnız 87 faizi vaksinin ikinci dozasını alır. İngiltərədə hər yeddi uşaqdan biri tam immunizasiya mərhələsini keçmir. Şotlandiya, Uels və Şimali İrlandiyada vəziyyət bir az yaxşıdır, lakin lazımi səviyyəyə çatmır. Böyük Britaniyada qızılca problemini cəmi üç il bundan əvvəl həll ediblər. Lakin azalan immunizasiya fonunda qızılca yenidən qayıdıb: 2019-cu ilin birinci rübündə xəstəliyə yoluxmanın 231 halı klinik olaraq təsdiqlənib. Böyük Britaniyanın Baş Naziri Boris Conson britaniyalıların qızılcadan müdafiə olunmaları üçün təxirəsalınmaz tədbirlərin görülməsinə sərəncam verib.