BBC-nin tanınmış aparıcısı, yazıçı Reyçel Blend 2 ildir mübarizə apardığı süd vəzi xərçəngindən ötən gün vəfat etdi.
Medicina.az xəbər verir ki, 40 yaşlı qadın xəstəliyi haqqında bilən kimi onunla mübarizəsinin hər anını blogunda yazmış, digər qadınlara da dəstək olmuş, süd vəzi xərçəngi ilə mübarizədə aktiv insanlardan biri idi. O ölümdən qorxmurdu.
Ölümündən 2 gün əvvəl sosial şəbəkədə bu haqda yazmışdı:
"Qorxuram ki, o gün gəldi dostlar. Mənə dedilər ki, sayılı günlər qalıb. Bütün bu baş verənlər qeyri-adidir, real deyil sanki. Dəstəyə görə təşəkkürlər. Salamat qalın”.
Bir oğul anası olan Reyçel oğlu və ərinə ölümündən sonra necə yaşamaları, nələr etmələrini də başa salır, öyrədir və onlardan nə gözlədiyini deyirdi.
O, ən ağır xəstəliklə belə maraqlı, dolu və tam həyat yaşamağın mümkün olduğunu sübut edirdi. Ölümdən qorxmurdu, bədəni zəifləsə də gülüşü və səsinin əzmi azalmırdı.
Blend xərçəngə yoluxduğunu gec öyrənmişdi. Kimyaterapiya, əməliyyat və immunoterapiya keçsə də artıq gec idi. Qadın daha çox oğlunun anasın böyüyəcəyindən narahat idi. Ona görə o sağ ikən oğlu Fredə memuarlar yazıb qoydu. Oğlunun 20 yaşına kimi hər ad günü üçün indidən hədiyyələr aldı.