Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Satışda olan uşaq qidalarının çoxu zərərlidir – Dünya Səhiyyə Təşkilatının ANALİZİ

  • 2019.07.19 16:47
  • 7892 Baxış
Satışda olan uşaq qidalarının çoxu zərərlidir –  Dünya Səhiyyə Təşkilatının ANALİZİ
Hazırda dünya bazarında və satışda istehlakçılara təqdim olunan uşaq qidalarının çoxunun tərkibi yaxşı deyil və faydasızdır. Onlarda yüksək konsentrasiyada şəkər olduğundan uşağın ağız dadını və qida vərdişini dəyişir, onu şəkərə alışdırır.

 

Medicina.az xəbər verir ki, bu məlumatı Dünya Səhiyyə Təşkilaının ekspertləri uşaq qidalarının analizindən sonra bildirib.


Eləcə də təmiz şəkərdən başqa pürelərin tərkibində olan müxtəlif şirinləşdirici dadlar da uşağa ziyandır.


Ekspertlər bildirir ki, 6 aylığa kimi körpə uşaqlar üçün yüksək şəkər tərkibli belə qidaların təbliği, reklamı qadağandır. Ümumiyyətlə uşaq qidalarının tərkibinə şəkər qatılmamalıdır.