Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baytarlıq aptekindən aldığı dərmandan mal-qarası tələf oldu

  • 2022.04.21 16:38
  • 1979 Baxış
Baytarlıq aptekindən aldığı dərmandan mal-qarası    tələf oldu


Bərdədə fərdi təsərrüfatların birində mal-qara dərmandan zəhərlənərək tələf olub. Təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyib.

Medicina.az oxu.az- a istinadən xəbər verir ki, hadisə rayonun Mehdili kəndində baş verib.

Təsərrüfat sahibi, Laçın rayonundan məcburi köçkün olan Yasəmən İsmayılovaya məxsus təsərrüfatda dörd baş iribuynuzlu heyvan tələf olub.

Altı baş heyvanın vəziyyəti ağırdır. O iddia edir ki, tələfata səbəb baytarlıq aptekindən aldığı dərman preparatı olub.

Təsərrüfat sahibi baş verən hadisə zamanı ona 5 min manata yaxın ziyan dəydiyini bildirir.