Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayramdan sonra kovidə görə müraciətlər azalıb - Təcili yardım stansiyası

  • 2022.03.30 17:23
  • 2279 Baxış
Bayramdan sonra kovidə görə müraciətlər azalıb -  Təcili yardım stansiyası
"Bayramdan sonra koronavirusla bağlı təcili tibbi yardıma müraciətlərin sayı xeyli azalıb".


Medicina.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.


Onun sözlərinə görə, gündəlik olaraq rəqəmlər açıqlanır və məlumdur ki, rəqəmlərdə artım olanda təcili tibbi yardıma müraciətlər çox olur.


"Lakin açıqlanan rəqəmlərə nəzər salanda görürük ki, yoluxma sayı xeyli azalıb. Ölkəmizdə vaksinasiyanın yüksək səviyyədə aparılması da pandemiyanın zəifləməsinə öz təsirini göstərir", - Nuridə Fərzəliyeva əlavə edib.