Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayramdan qalma salatdan ailə zəhərləndi

  • 2022.03.28 14:37
  • 2210 Baxış
Bayramdan qalma salatdan ailə zəhərləndi


Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Bakupost.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib.

1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-cı il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.


Məlumada görə həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.