Bayramda "həddindən artıq şəkərli" qidaların qəbulu uşaqlarda qan şəkəri balansını poza bilər.
Medicina.az xəbər verir ki, sağlam bir pəhriz üçün şəkərli qidalardan uzaq durmaq lazımdır.
Mütəxəssislər Ramazan bayramında şəkər və şirniyyatdan çox istifadə ilə bağlı xəbərdarlıq ediblər.
Mütəxəssislər vurğulayırlar ki, diabetli uşaqlara daha çox diqqət yetirilməlidir.
Xüsusilə şəkərli diabeti olmayan, lakin diabet riski yüksək olan uşaqlarda şəkər və ya şirniyyat məhdudlaşdırılmadıqda diabet daha erkən görünə bilər.
Diabetli uşaqlarda bu qidaların qəbulu məhdudlaşdırılmırsa, diabetin ən pis, təhlükəli və arzuolunmaz simptomlarından biri olan “diabetik ketoasidoz” yarana bilər.
Diabetik ketoasidoz ağır bir vəziyyət olduğundan, intensiv terapiya tələb olunur.
Məsləhətlər:
Su qəbulu çox vacibdir.
Hərəkətlilik çox vacibdir.
Bayram tətilində parklarda və açıq havada fiziki fəaliyyətə sərf olunan vaxtı artırmaq olar.
Şokoladla bağlı xəbərdarlıq:
Şokolad şəkərlə yanaşı yüksək yağ tərkibinə malikdir.
Qanda şəkərin artması adətən şokolad qəbul etdikdən 3-4 saat sonra baş verir. Bunu da nəzərə almaq lazımdır.
Aygün
Medicina.az