Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayramda şirniyyatdan uzaq durmaq istəyənlər üçün ilginc üsul

  • 2024.04.09 17:00
  • 1506 Baxış
Bayramda şirniyyatdan uzaq durmaq istəyənlər üçün  ilginc üsul
Bayram günlərində şirniyyatlardan uzaq dura bilməyənlər üçün ilginc bir tövsiyə gündəm olub.

Medicina.az xəbər verir ki, dietoloq Nafikar Başkan şirniyyat istəyi yarananda diş fırçalamağı tövsiyə edir.

Mütəxəssis diş fırçalamağın ağızda dad dəyişikliyi və təmizlik hissi yaratması səbəbiylə şirniyyat istəyini azaltdığını söyləyir.

Dietoloq, həmçinin bayram günlərində qonaq getmədən öncə mütləq evdə şirniyyata sağlam alternativlər yeməyi, ziyarətlərə ac getməməyi məsləhət görüb.


Aysel