Bir neçə gün sonra bahar fəsli ölkəmizə qədəm qoyacaq. Bu münasibətlə artıq indidən evlərdə şirniyyatlar hazırlanır, xonçalar tutulur. Bayram günü isə müxtəlif təamlar hazırlanır, cürbəcür soyuq qəlyanaltılar, isti yeməklər, plovlar bişirilir. Bişirilən yeməklər və şirniyyatlar bir neçə gün boyunca yeyilir.
Bayram günləri ilə əlaqədar verilən istirahət günlərində bir çoxları evdə qalır və bişirilən yeməklərdən bolluca istifadə edirlər. Bu səbəbdən də bir çox insanlarda çəki artması, həzm pozğunluğu, köpmə, allergiya, ağırlıq kimi hallar müşahidə edilə bilər.
Bəs bu cür mənfi hallardan yaxa qurtarmaq üçün nələr etmək lazımdır?
Medicina.az bu məsələ ilə bağlı dietoloq
Könül Məmmədovadan açıqlama alıb. Mütəxəssis deyib ki, ildə bir dəfə qeyd edilən bizim bu əziz bayramımızda Novruzun özünəməxsus, ləziz təamlarından imtina etmək düzgün olmaz. Amma ağır və həddən artıq qidalanmanın fəsadlarını digər üsullarla aradan qaldırmaq mümkündür. Bunun üçün ən yaxşısı bayram günlərindən sonra 3 gün ərzində detoks etməkdir.
Detoks aşağıdakndan ibarətdir:
3 gün ərzində səhər bir ədəd sarı alma, günorta yaşıl turşməzə alma, gecə 2 yaşıl və 1 sarı alma yesinlər.
Bundan əlavə gün ərzində 1 x/q bağayarpağı, 1 x/q solmazçiçəyi, 3 dilim zəncəfil, 1 litr qaynar suya əlavə olunur. Səhərə qədər saxlanılır. Səhər üzərinə əlavə olaraq 1 l su əlavə edilir. 3 gün hər gecə hazırlanmaq şərti ilə bütün gün boyu içilir.
Qeyd edim ki, həmin gün qeyd edilənlərdən əlavə heç bir qidadan və hətta adi sudan da istifadə etmək olmaz.
Bu detoksdan sonra insanlar bayrama hansı çəki ilə daxil olmuşdularsa, o çəkiyə yenidən qayıda və hətta əlavə olaraq bir neçə kq da atacaqlar.
Arzu
Medicina.az