“Ramazan bayramı namazları ilə bağlı məscidlərdə kütləvi tədbirlərin keçirilməsi bu günə olan qərara görə qadağandır”.
Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
O deyib ki, növbəti həftədə hansı qərar veriləcəyi yoluxmanın sayından asılıdır.
Ukraynadan sonuncu reysdə gələn 129 nəfərdən 29-da yoluxma aşkarlanıb. Xaricdən gətirilən vətəndaşların 20-30 faizində virus aşkarlanır”.