Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 51 nəfər müalicə olunaraq sağalıb.
"Medicina" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 823 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 405 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 222 nəfərdir.
Ölkədə son sutka ərzində 1 740, hazırkı dövrədək isə 7 337 855 test aparılıb.