Novruz bayramı günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib.
Bunu Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
O bildirib ki, martın 20-dən bu günədək şöbəyə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib: "Onların 4-ü qadın, 2-si kişidir. Heç bir ölüm faktı olmayıb. Daha 1 nəfər isə dərman zəhərlənməsi, 3 nəfər isə sərxoşluqla ilə bağlı şöbəyə gətirilib”.
A.Maqsudov əlavə edib ki, müraciət edənlərdən şöbədə qalan yoxdur: "Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar”. (report)