Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı

  • 2022.03.30 15:27
  • 1632 Baxış
Bayram günlərində təcili yardıma daxil olan  müraciətlərin sayı
“Novruz bayramı günlərində təcili tibbi yardıma müraciətlərin sayında adi günlərlə müqayisədə çox cüzi fərq vardı. Bayram günlərində gün ərzində 1700-1800 civarında çağırış olub”.

Medicina.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

Onun sözlərinə görə, müraciətlər müxtəlif şikayətlərlə bağlı olub: “Amma ciddi səbəblərə rast gəlinməyib. Koronavirusa yoluxma sayında azalma qeydə alındığından çağırışlara gecikmə halları qeydə alınmayıb”.