Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayram günlərində təcili yardıma 15 mindən çox müraciət daxil olub

  • 2024.03.27 10:34
  • 989 Baxış
Bayram günlərində təcili yardıma  15 mindən çox müraciət daxil olub
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub.

Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bildirilib ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20-26 martda 15 763 çağırış daxil olub.

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Daha çox 21, 22 və 23 martda müraciət qeydə alınıb. Belə ki, martın 21-də müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, martın 22-də müraciət sayı 2 366, hospitalizasiya olunanların sayı 214, martın 23-də isə müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.