Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayram günlərində neçə nəfər 103-ə müraciət edib?

  • 2023.01.05 12:24
  • 1482 Baxış
Bayram günlərində neçə nəfər  103-ə müraciət edib?
Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 103 Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Təcili tibbi yardım xidmətinə 31.12.2022-04.01.2023-cü illər ərzində ümumi çağırışların sayı 14 059, hospital olunanların sayı isə 1 307 olub.

Çağırışları sayı ən çox 01.01.2023-cü il (çağırış sayı 2 867, hospital olunanların sayı 284 olmaqla) və 03.01.2023-cü il (çağırış sayı 2 951, hospital olunanların sayı 285 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.