Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayram günlərində infarktların sayı niyə artır?

  • 2023.12.27 15:46
  • 2124 Baxış
Bayram günlərində infarktların sayı niyə artır?

Bayram günlərində ürək tutması, ikincili infarktların statistikası həmişə yüksək olur.


“Medicina” xəbər verir ki, Mayo klinikasının həkimləri bunun səbəbini açıqlayıb.

Bayram günlərində insanlar adi günlərdən daha həyəcanlı olduğu, normadan artıq yediyi, yağlı və duzlu qidalar yediyi, alkoqol içdiyi üçün ürək yüklənir və xəstə insanlarda bu yükə tab gətirmir.
Eləcə də evlərdə isti kamin və peçlər vəziyyəti daha da qəlizləşdirir.


Bundan qaçmaq üçün yaşı 40-dan yuxarı olan hər kəs mədəsi dolana kimi yeməməli, yeməkləri qarışdırmamalı, yağlı, şirin, duzlu qidalardan uzaq durmalı, alkoqolu az içməlidir.

Spirtli içki aritmiyanı artırır və infarkt riskini çoxaldır. Kişilər bayram olsa da, gün ərzində 2 qədəh, qadınlar 1 qədəhdən artıq içməməlidir.

Duzlu qidalar, salatlar, məzələr təzyiqi qaldırır, böyrəklər, ürək yüklənir, bu zaman qəfil infarkt baş verə bilir.

Yeni il bayramlarında uzaq səfərə çıxanda da həkimlə məsləhətləşməli, ürəyi yoxlatmaq lazımdır.

Aygün Musayeva