“Bayram günlərində düzgün qidalanmalıyıq, xüsusən xəstələr ehtiyatlı olmalıdır"
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev Nazirliyin “Instagram” hesabındakı canlı yayımında deyib.
“Stolun üstündə olan hər şeydən yeməyə ehtiyac yoxdur. Şəkər xəstələri xüsusilə bu günlərdə qidalanmalarına fikir verməlidir. Xüsusilə təzyiqdən əziyyət çəkən insanlar yağlı qidalardan uzaq dursunlar. Bayram günlərində axşam saat 7-8-dən sonra yemək yeməsinlər. Heç bir xəstəliyi olmayan insanlar da buna diqqət etməlidir. Xüsusilə bayram günlərini aktiv qeyd etmək lazımdır”, - Zakir Quliyev qeyd edib.