Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanıb.
Bildirilib ki, “103” Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.
Təcili tibbi yardım xidməti gün ərzində 2 100 - 2 200 çağırış icra edib. Çağırış səbəbləri əsasən respirator xəstəliklər, arterial təzyiqin qalxması, travmalar və s. ilə bağlı olub.
Eyni zamanda bayram günlərində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar xidmətə çağırışlar daxil olub.
Xəsarət alan şəxslərdən 57 nəfərə ilkin tibbi yardım göstərilib, müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.