Yeni il bayramları artıq geridə qalmaq üzrədir. Bayram günləri ləziz yeməklərin hamısından ləzzətlə dadanlar, "qarnına korluq verməyənlər" sonrakı günlər artıq çəkilərindən necə xilas olmaq haqqında fikirlərə düşürlər.
Medicina.az sizə pəhriz zamanı bir neçə sadə pəhriz proqramları və lazımı məsləhəti təqdim edir:
-Yüngül, tərəvəz bulyonunda hazırlanmış şorbalara üstünlük verin
-Bol su için və gün ərzində 20-30 dəqiqə sürətlə yeriməyə çalışın
-Yemək miqdarınızı azaldaraq kiçik porsiyalarla qəbul edin
-Axşam saat 6-dan sonra yemək yeməyin. Meyvə və su içmək məsləhətdir
-Qida rasionunuza daha çoxtərəvəzli yeməklər daxil edin
-Yuxu rejiminizə diqqət edin. Yuxu saatınızın normadan az yaxudda çox olmaması lazımdır.
Sadə pəhrizlər:
-Su ilə pəhriz. Bu pəhriz zamanı yeməkdən əvvəl 1 stəkan su içmək lazımdır. Yeməkdən dərhal sonra isə maye qəbulu yolverilməzdir. Yeməkdən öncə içdiyiniz su maddələr mübadiləsini sürətləndirir və mədəni tox saxladığı üçün yemək miqdarınız da azalır. Bu pəhrizlə bir həftədə 1-2 kq arıqlamaq mümkündür.
-Duzsuz yeməklər. Bu o deməkdir ki, siz duz istifadəsini minimuma endirirsiniz. Çalışıb yeməklərə bişirərkən deyil, yeyərkən az miqdarda duz atın. Yeməklərinizdə duzu limonnsuyu vəya ədviyytalarla əvəz edə bilərsiniz. Duzu qida rasionunuzdan çıxarsanız ən azı 2 həftədən sonra nəticəni özünüz görəcəksiniz.
-Qatıq ən yaxşı pəhriz məhsullarının başında gəlir. Zəncəfil və darçınla birləşəndə isə gücü birə-beş artır. Bu məhsuldan gecə yatmamışdan öncə istifadə etmək məsləhətdir.Çünki orqanizm gecələr daha yaxşı yağ yandırır. Toz halındakı zəncəfil, darçını bir kasa qatıqla qatın. Yatmamışdan 3-4 saat öncə qəbul edin. Yatana qədər isə azı 3 stəkan suyu az-az için. Həftədə iki dəfə bu məhluldan istifadə edin. Hamilə qadınlar və süd verən analara məsləhət görülmür.