ABŞ prezidenti Co Baydenin həyat yoldaşı, birinci ledi Cildə dəri xərçəngi – bazalhüceyrəli karsinoma aşkarlanıb.
Bakupost.az xəbər verir ki, müalicə məqsədilə əvvəlcə dəri əməliyyatı keçirilib.
Həkimlər onun gözlərinin altından dərialtı 2 törəmə kəsib götürüb.
Eyni zamanda daha bir bədxassəliyə şübhəli şiş aşkarlanıb.
Həkimlərin açıqlamasına görə, bütün xərçəngli toxuma uğurla götürülüb, ətraf dəri və toxumalarda heç bir qalıq şiş hüceyrəli dəri qalmayıb.
Ağ evin rəsmi məlumatında birinci xanımda olan karsinoma növü ABŞ-da çox diaqnoz olunan dəri xərçəngidir.
71 yaşlı Cilin üzündə əməliyyat sonrası şişkinlik var, amma ümumi vəziyyəti yaxşıdır.
Əməliyyat zamanı prezident də xəstəxanada olub və xanımını dəstəkləyib.
Aygün M