ABŞ Prezidenti Co Baydendə demensiya əlamətləri artır.
"Medicina" xəbər verir ki, Hopkins Universitetinin professoru Marti Makari bunları deyib:
“Prezidentdə 5 il əvvəllə müqayisədə çox fərq var. O, çox depressivdir.
Hər bir insan vaxtaşırı sözləri unuda və ya səhv edə bilər, lakin Baydendə güclü yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır.
Amerika liderinin vəziyyəti çətin ki, bundan sonra normallaşsın".
81 yaşlı Co Bayden növbəti prezident seçlilərində iştirak etmək istəsə də, həkimlər onun ciddi testlərdən keçirilməsinin vacibliyini bildirib.
Hələ ki, prezidentə rəsmən demensiya diaqnozu qoyulmayıb.
Aygün Musayeva