Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayden üçüncü dəfə koronavirusdan test verdi

  • 2020.10.05 10:05
  • 1445 Baxış
Bayden üçüncü dəfə koronavirusdan test verdi


ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd Cosef Bayden koronavirusla bağlı yenidən test verib.

Medicina.az xəbər verir ki, bu barədə “Associated Press” siyasətçinin seçki qərargahının açıqlamasına istinadən məlumat verib.

Bundan əvvəl, Bayden, ABŞ-ın hazırki prezidenti Donald Trampda koronavirus aşkarlandıqdan sonra, gün ərzində infeksiya ilə bağlı iki dəfə test verib. Hər iki testin nəticəsi sonuncusu kimi mənfi olub.

Qeyd edək ki, ötən çərşənbə axşamı, Bayden Ohayo ştatının Klivlend şəhərində Tramp ilə ilk seçkiqabağı televiziya debatında iştirak edib. Lakin debatda lazımi tədbirlər görülmüşdü. Xüsusilə, namizədlər əvvəlcədən tərəflər arasında ələ edilən razılaşmaya əsasən səhnəyə çıxarkən əl ilə görüşməyiblər.