ABŞ prezidenti Co BAyden viruslarla manipulyasiya edici elmi araşdırmalara qarşı çıxıb.
"Medicina" xəbər verir ki, Boston universitetinin alimlərinin ən öldürücü koronavirus versiyası yaratdıqlarından sonra prezident ölkənin təhlükədə ola biləcəyini deyib.
Əgər bu öldürücü virus laboratoriyadan ətrafa çıxarsa? Axı Covidin də öncədən laboratoriyadan yayıldığı versiyası irəli sürülmüşdü.
Ağ ev viruslarla təhlükəli eksperiment aparan tədiqiqatlara qarşı gələcək planlarını açıqlayıb.
ABŞ Milli biomüdafiə strategiyasına görə bu tip elmi eksperimentlər qadağan olunacaq.
Təsadüfi bioloji təhlükələrin qarşısını almaq və laboratoriya təhlükəsizliyini, qəzalarını nəzərə alaraq, təbii virusdan dəfələrlə güclü və təhlükəli süni virusların yaradılmasına ehtiyac yoxdur.
Burda heç bir elmi maraq ola bilməz.
Aygün Musayeva