Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baxış davası qanla bitdi - 15 yaşlı oğlan kürəyindən bıçaqlandı

  • 2025.02.12 00:05
  • 75 Baxış
Baxış davası qanla bitdi -  15 yaşlı oğlan kürəyindən bıçaqlandı

Türkiyədə 15 yaşlı yaşlı yeniyetmə kürəyindən bıçaqlanaraq yaralanıb.

Medicina.az xəbər verir ki, saat 14:00 radələrində Aksarayın Ereğli Kapı rayonundakı Selçuklu parkında dəhşətli hadisə baş verib.

Dostları ilə parkda gəzən 15 yaşlı Mustafa Əli A. tanımadığı şəxslə "yan tərəfə baxdığı" üçün mübahisə edib. Gərginlik qısa zamanda davaya çevrildiyindən Mustafa Əli A. kürəyindən bıçaqlanıb və qanlar içində yerə yıxılıb.

Hadisəni görən yoldaşları dərhal sağlamlıq və polis qruplarına xəbər verib. Qısa müddətdə hadisə yerinə gələn sağlamlıq qrupları ilkin tibbi yardımdan sonra Mustafa Əli A.-nı Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparıblar.

Şübhəli hadisə yerindən qaçarkən, polis qrupları şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyat başladıb.



Aygün
Medicina.az