Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Batumidə daha 1 nəfər koronavirusdan vəfat etdi - Ölənlərin sayı 40 oldu

  • 2020.10.01 11:47
  • 1764 Baxış
Batumidə daha 1 nəfər koronavirusdan vəfat etdi  - Ölənlərin sayı 40 oldu

Gürcüstanda son sutkada daha 1 nəfər koronavirusdan vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ölüm faktı Batumi Respublika Xəstəxanasında qeydə alınıb. Dünyasını dəyişən şəxs 81 yaşlı kişi olub. O, digər ağır xəstəliklərdən də əziyyət çəkirmiş.

Bununla da Gürcüstanda COVID-19-dan ümumi ölüm göstəricisi 40 nəfərə çatıb.

Ölkə üzrə koronaviruslu 35 pasiyentin vəziyyəti kritik qiymətləndirilir.