Quba rayonunda avtomobillə vurulan şəxsi xəstəxanaya çatdırmaq istəyən sürücü qəzaya düşərək ölüb.
Medicina.az verir ki, hadisə Rustov kəndində baş verib. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü isə hadisə yerindən qaçıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin yolda digər avtomobil tərəfindən vurulub.
Nəticədə, 3 uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb. Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda onlar müalicə olunurlar.
Faktla Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
**
Baş verən avtomobil qəzası nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlar - Rustov kənd sakinləri 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov, qayınanası 59 yaşlı Leysan Kərimovadır. Yaralıların hər üçü Quba MRX-nın travmatologiya şöbəsinə yerləşdiriliblər.
Baş həkimin bildirdiyinə görə vəziyyətləri orta ağırdır.