Tamamilə başqa, digər xəstəlik və diaqnozlarla müraciət edən pasiyentlərdə koronavirus antiteli aşkarlanıb.
Lakin həmin insanlar heç vaxt koronavirus keçirmədiklərini bildirib.
Medicina.az xəbər verir ki, britaniyalı alimlər bu istiqamətdə elmi araşdırma aparıblar.
302 gözəyarı seçilmiş pasiyentin analizləri təhlil olunub və onların 16 nəfərində koronavirusa qarşı antitel tapılıb.
Mütəxəssislər bu qərara gəlib ki, bəzi insanlarda əvvəldən, koronavirusa qohum, bir ailədən olan viruslara qarşı immunitet ola bilər.
Bu antitel indiki koronavirusa yoluxmuş insanlarda əmələ gəlmiş antitellərdən fərqlidir.
Hələ ki, köhnə antitelin bu insanları yeni COVİD-dən qoruyacağı dəqiq deyil.