Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Başqa xəstəlikdən ölənlərə pul müqabilində koronavirus yazılır? - TƏBİBDƏN CAVAB

  • 2020.06.04 17:55
  • 5571 Baxış
Başqa xəstəlikdən ölənlərə pul müqabilində koronavirus yazılır?  - TƏBİBDƏN CAVAB

“Bəzi sosial şəbəkələrdə yayılan şayiələr vətəndaşlarımızda inamsızlığa səbəb olur”.

Medicina.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu məsələyə aydınlıq gətirib.


O bildirib ki, bu şayiələrdən biri hər hansı xəstəlikdən vəfat etmiş şəxsə “COVİD-19” diaqnozunun qoyulması ilə bağlıdır:

“Guya təcili tibbi yardım həkimləri və ya digər tibb işçiləri hansısa xəstəlikdən vəfat etmiş şəxslərin ölüm səbəblərinin “COVİD-19” kimi qeyd olunması ilə bağlı arayış verməyi təklif edirlər.

Müvafiq qurumlar və bizim tərəfimizdən bunlar araşdırılıb. Tamamilə şayiə xarakteri daşıyır. Biz ilk gündən şəffaf çalışırıq. Kiməsə “COVİD-19” diaqnozunun qoyulması asan məsələ deyil”.