"Distant təhsil! Onlayn təhsil! Uzun müddət uşaqlar monitora baxacaq. Göz yorulur, beyin yorulur, düzgün oturmadığına görə uşağın qamətində problemlər yaranacaq".
Medicina.az xəbər verir ki, bunu pediatr Vaqif Qarayev bildirib.
Onun sözlərinə görə, xüsusən aşağı siniflərdə oxuyan uşaqlarda buna daha çox rast gəlinəcək: "Ona görə də gigiyenik normativlərə əməl etmək vacibdir. Deyə bilərsiniz ki, başqa vaxt da uşaqlar noutbukun qarşısında oturur, telefon-planşetlə oynayır. Əlbəttə, o da düzgün deyil. Fərq odur ki, adi vaxtda uşaq əyləncə ilə məşğul olur. Amma indi daha diqqətli olmalıdır. Çünki beyinə yük düşür. Yəni bütün hallarda valideynin nəzarəti gərəkli olacaq".