Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Başlarına bit dərmanı vuran qızlar zəhərləndi -Vəziyyətləri ağırdır

  • 2022.08.11 17:28
  • 4756 Baxış
Başlarına bit dərmanı vuran qızlar zəhərləndi  -Vəziyyətləri ağırdır

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

Medicina.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.


2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.


Məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.