Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə naziri Başkent Universitetinin təsisçisi Mehmet Haberalla görüşdü

  • 2022.06.03 16:12
  • 3025 Baxış
Səhiyyə naziri Başkent Universitetinin təsisçisi Mehmet Haberalla     görüşdü


Bu gün Səhiyyə Nazirliyində Türkiyənin aparıcı universitetlərinin rəhbərləri ilə görüş keçirilib.

Medicina.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güranı, Qazi Universitetinin rektoru Musa Yıldız, daha sonra Başkent Universitetinin təsisçisi Mehmet Haberalla görüşüb.


Teymur Musayev tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradıldığını diqqətə çatdırıb.

Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu vurğulayan Mehmet Haberal bu birliyin təhsil və tibb sahəsində də yüksələn xətlə davam edəcəyini qeyd edib.


Qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə ölkələrimiz arasında tibb sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində səmərəli işlər görülməsinin vacibliyi vurğulanıb.