Başınız tez-tez ağrıyırsa, bunun səbəbi havada, beyində yox, elə gündəlik vərdişlərinizdə ola bilər.
“Medicina” xəbər verir ki, psixiatr Olqa Kotova baş ağrısının gözlənilməz faktorlarını açıqlayıb:
“Baş ağrısının həqiqi səbəbləri həkimlərə belə qaranlıq qala bilər. Çünki bunlar elə insanın həyatı, davranışı ola bilər.
Məsələn, ən sadəsi, işdə çox oturmaq, oturub yazı yazmaq, kompüter arxasında çox əyləşməkdir. Bir pozada uzun müddət oturduqda, boyun hissədə onurğa və əzələlərdə gərginlik yaranır, onlar spazmlı olur. Bu da başa ağrı verir.
Qəfil tutma şəkilli ağrı telefonla çox danışmaqdan, videozənglərdən və sosial şəbəkələrə çox baxmaqdan ola bilər.
Qışda baş soyuq, şaxtalı havadan, istidən soyuğa çıxarkən spazmdan yaranır.
Ümumiyyətlə, qış damarlar və baş üçün stresli aydır. Bu zaman orqanizm narahat olur.
Eləcə də yuxusuz qalmaqdan və istirahət etmədən işləmək başı ağrıdır.
7 saatdan az yatmaq hətta xroniki ağrılara səbəb ola bilər.
Yatmazdan 2 saat öncədən bütün qadjetləri söndürün və rahatlanın”.
Aygün