Baş ağrıdıqda ilk növbədə dərman içməkdənsə, təbii üsulları sınamaq həm orqanizm üçün xeyirlidir, həm də cibinizə. Bəzi təbii sullarla belə ağrıların şiddətini azalda bilərsiniz.
Sarımsaq suyunu 1 yemək qaşığı bal ilə qarışdırın. Bu qarışımı gün ərzində az-az yeyin. Və ya ağrı zamanı da qəbul edə bilərsiniz. Bu, beyin hüceyrələrini yenidən canlandıracaq və ağrını azaldacaq.
Nanə çayı da ağrıları azaltmaq üçün istifadə edilən sakitləşdiricidir. Belə bitki növlərindən biri də çobanyastığı çayıdır. Bu növ çaylar həm ağrının şiddətini azaldır həm də insanı rahatlaşdırır.
Mütəxəssislər baş nahiyəsinə tətbiq edilən masaj sayəsində də ağrları azaltmağın mümkün olduğunu bildiriblər. Bunun üçün barmaqlarınızla başınıza saat istiqamətində masaj tətbiq edin.
Şəhanə Quliyeva