Başı irəli, önə uzadib durmaq vəziyyəti onurğa sağlamlığımızapsixologiyamıza mənfi təsir göstərən amillərdəndir.
Başın irəli duruşu vaqus sinirinə və bəzi damarlara təzyiq göstərdiyi üçün insanda bir çox əlamətlərə səbəb ola bilər.
"Medicina" xəbər verir ki, uzman fizioterapevt Rüfət Cabbarlı irəli baş duruşunda yarana biləcək problemləri sadalayıb:
- Başgicəllənmə;
- Boyun-bel ağrısı;
- Xroniki yorğunluq;
- Narahatlıq-stress;
- Səhər boyunda sərtlik;
- Boyunda xırtıltı səsləri;
- Duruş problemləri;
- Görmə problemləri;
- Yuxu problemləri.
Müalicələr başın irəli duruşuna səbəb olan amillərədən asılı olaraq dəyişir.
Adətən gənclər telefon və kompüterdə çox vaxt keçirdiyinə görə boynu daim irəli vəziyyətdə olur.
Aygün Musayeva