Başına 15 santimetrlik mismar girən kişi xilas edilib.
Medicina.az xəbər verir ki, hadisə Rusiyanın Nijni Tagil şəhərində baş verib.
1 saylı şəhər xəstəxanasının neyrocərrahları ağır kəllə-beyin travması alan 78 yaşlı kişini əməliyyat ediblər. Məlumata görə, xəstənin həyatı xilas olunmaqla yanaşı, onun görmə qabiliyyəti qorunub.
“Xəstənin kəlləsində 15 santimetr uzunluğunda bir mismar var idi. O, göz yuvalarından və gicgahdan keçirdi”, - deyə həkimlər bildiriblər.
Əməliyyat olunan təqaüdçü hazırda həkimlərin nəzarətindədir. Onun antibiotik terapiyasından sonra evə buraxılacağı açıqlanıb.
Aysel