Bəzi bədbəxt hadisələrdən çox ağır xəsarətlərlə çıxan şəxslərin yaşamasına hətta həkimlər belə ümid etməsə də, onların həyat mübarizəsi hamını heyrətləndirir.
Bu kimi hallar dünyada dəfələrlə olub. Bir nəfər çox ağır, hətta ölümcül xəsarətlərlə xəstəxanaya gətirilir, həkimlər öləcəyinə əmin olsalar da, həmin şəxsi əməliyyata alır. Lakin ölüm ayağında olan şəxs həyatdan bərk-bərk yapışır və həkimləri belə şoka salacaq dərəcədə sağalır.
Medicina.az bütün dünyanın diqqət mərkəzində olmuş həmin pasiyentlər barədə məlumatlar toplayıb:
-Bir neçə il əvvəl tikintidə çalışan 2 fəhlə hündürlükdən yıxılıb. Fəhlənin birinin əlində mismar atan tapança olub. Yıxılanda bu tapança açılıb və digər yoldaşının başına bir neçə mismar girib. Həkimlər əməliyyat edib. Kişi 6 aylıq reabilitasiyadan sonra 80% bərpa olunub. Yeganə qüsur yavaş yeriməsi və danışmaqda bir qədər çətinlik çəkməsidir. Həkimlərin sözlərinə görə, buna səbəb beyində nitq mərkəzinin zədələnməsidir.
-Londonda 16 yaşlı oğlan soyğunçuların hücumunu dəf edərkən küçədə başından dərin bıçaq yarası alıb. Gənc nəinki sağ qalıb, hətta sağalıb kolleci də bitirib.
-Belə hadisələrdən biri də Mayamidə baş verib. Belə ki, sualtı silahdan təsadüf nəticəsində atılan ox 16 yaşlı oğlanın başını dəlib. 1 metrlik ox alnından içəri daxil olub və başın arxasından çıxıb. 5 saatlıq əməliyyat nəticəsində oğlan sağ qalıb.
-13 yaşlı Çinli oğlanın rentgenoqramması. Alma təmizləyərkən yıxılıb və bıçaq kəlləyə keçib. Oğlan sağ qalıb.
-Çinli qızın ürəyinin tən ortasından yarıya kimi saplanmış bıçaq da dünyanı şoka salan hadisələrdəndir. Əməliyyatdan sonra qız sağ qalıb və hazırda ürəyi ilə bağlı heç bir problemi yoxdur.