Başınıza gələn bütün xəstəliklər, bədbəxt hadisələr, sizin pis hissiyyatınız, hirsiniz və həyatdan narazı qalmağınız – sizin beyninizə dolan zəhərli informasiyaların təzahürüdür.
Medicina.az xəbər verir ki, bütün bu informasiya zəhərləri insanın immunitetini və digər müdafiə qüvvələrini zəiflədir. Təəssüflər olsun ki, siz insanlara sizi tənqid etməyi qadağan edə bilməzsiniz. Bunun üçün siz əvvəlcə "zəhər”i tanımalı daha sonra isə həmin "zəhər”in sizin beyninizə daxil olmasının qarşısını alımalısınız.
Bunun üçün sizin beyninizdə əsas blok: "Mənim xoşuma gəlmirsə deməli mənə lazım deyil” fikri olmalıdır. Bildirmək lazımdır ki, beynin bloklanması sadəcə olaraq sözləri təkrarlamaqla həyata keçmir. Buna görə də bu haqda düşünməlisiniz.
Beyninizə "zibil”in daxil olmasının daha etibarlı yolla qarşısının alınması üçün yaxşı olardı ki, həyatınızı güzgü prinsipi ilə qurasınız. Bu, "zəhərli” informasiyaların sizin beyninizə daxil olmasının qarşısını ikiqat almış olacaq. Güzgü prinsipi "mən heç kəsi müzakirə etmirəm, məni də müzakirə etməyin” fikrinə əsaslanır. Bunun üçün bir sıra şərtlərə əməl edilməlidir:
1. Müzakirə etməyin - müzakirə obyekti olmayın
2. Hətta fikrinizdə olsa belə kimi isə günahlandırmayın – özünüzü günahkar hiss etməyin
3. Qəlb sındırmayın – qəlbiniz sınmasın
4. Qorxutmayın - qorxmayın
5. Başqasının özgüvənini alçaltmayın – sizin özünüzə olan güvəninizi kimsə aşağı salmaq istədikdə ona qulaq asmayın
6. Başqalarının çatışmayan cəhətlərini göstərməyin – sizin çatışmayan cəhətlərinizi bildirdikdə fikir verməyin.
Arzu
Medicina.az