Başgicəllənmə, bir çox insanın həyatında ən azı bir dəfə qarşılaşdığı sağlamlıq problemidir.
Medicina.az xəbər verir ki, başgicəllənmənin səbəbləri aşağı təzyiq, aşağı qan şəkəri, stress və narahatlıq kimi səbəblərdən tutmuş ciddi nevroloji xəstəliklərə qədər müxtəlifdir.
Yaxşı, bəs başgicəllənməyə nələr faydalıdır?
Başgicəllənməyə yaxşı təsir edən üsullar...
İstirahət
Sürətli hərəkətlərdən çəkinin. Yavaş-yavaş oturmaq və uzanmaq başgicəllənməni azalda bilər. Başınız gicəllənirsə, təhlükəsiz yerdə oturun və gözlərinizi bağlayın.
Su içmək
Susuzluq başgicəllənməyə səbəb ola bilər. Bol su içmək faydalıdır.
Yüngül qəlyanaltı
Qan şəkəri azaldıqda başgicəllənmə baş verə bilər. Yüngül yemək və ya qəlyanaltı etmək faydalıdır.
Dərin nəfəs alın
Dərin nəfəs alma narahatlıq və ya stress nəticəsində yaranan başgicəllənmə üçün sakitləşdirici ola bilər.
Zəncəfil
Zəncəfil çayı başgicəllənməyə yaxşı təsir göstərir.
Vitamin B qəbulunu artırın
B12 çatışmazlığı başgicəllənməyə səbəb ola bilər.
Baş və boyun məşqləri
Sadə boyun hərəkətləri edə bilərsiniz.
Aygün Nəbiyeva
Medicina.az