Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Başı zədə almış kişilərdə impotensiya yaranır – ALİMLƏR

  • 2019.08.28 17:22
  • 6203 Baxış
Başı zədə almış kişilərdə impotensiya yaranır –  ALİMLƏR
Kişinin beyni, başı travma alıb silkələndikdə, sonradan onda impotensiya baş verməsi riski artır.


Medicina.az xəbər verir ki,Harvard Sağlamlıq Məktəbinin alimləri bu nəticəyə gəlib. Onlar Amerika futbol komandasının keçmiş oyunçuları üzərində apardıqları tədqiqatlar zamanı aşkar ediblər ki, oyunda başından zədə alanlarda erektil disfunksiyadan əziyyət çəkib. 


Elmi araşdırmada 3,5 min nəfər Milli futbol liqasının eks üzvləri əhatə olunub. 

Onların tibbi tarixçələrində neçə dəfə başdan zərbə aldıqları, beyin silkələnməsi keçirdikləri, ürəkbulanma, baş ağrısı, görmənin pozulması kimi simptomların sayı nəzərə alınıb. 


Daha sonra bu qədər kişidən neçə nəfərə həyatlarının hansısa dövründə ereksil disfunksiyadan müalicə alıb-almamasını dəqiqləşdiriblər. 


Layihədə iştirak edən 3500 nəfərdən 18% testosteron kişi hormonunun zəifləməsi, 23% erektil disfunksiya, 10%-nin anamnezində isə hər iki problem olub.

Nəticələr göstərib ki, maksimal həddə baş beyni oyun zamanı zədə görən futbolçular digərlərinə nisbətən 2 dəfə çox impotensiya ilə üzləşib.  


Hətta ən az zədə alan futbolçuda belə idmanla məşğul olmayan sıravi kişilərə nisbətdə daha çox halda testosteron sintezi pozulmuş olub. 

Bu hallar üçün futbolçuların yaş fərqi önəm daşımayıb. Ən gənc futbolçularda belə başın travmasından cinsi problemlər yaşanıb.